"Bank of Baku" ilə Qafqaz Universiteti arasında əməkdaşlıq razılaşması imzalanıb



Bu günlərdə “Bank ofBaku” ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. 
Razılaşmanı “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç imzalayıblar.
İmzalanmış sazişin əsas məqsədi bankın bilik və təcrübəsinin universitetdə istifadəsinə və ali məktəb tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır. Sənəd universitet müəllimlərinin müasir informasiya texnologiyaları üzrə bankda stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi, universitet məzunlarının işlə təmin olunması, universitet tələbələrinin bankın bölmələrində istehsalat təcrübəsinin, müxtəlif müştərək elmi-texniki konfransların keçirilməsini və digər tədbirləri ehtiva edir.
İmzalanma mərasimində çıxış edən “Bank of Baku”nun sədr müavini Zaur Qaraisayev bildirdi ki, müştərək fəaliyyət xüsusən də gənclər üçün yeni imkanlar yaradır. “Bank of Baku”nun kadr siyasətinin prioriteti yeni istedadlı gənclərin banka cəlb edilməsindən ibarətdir. Bu mənada bu saziş bizim üçün münbit bir zəmin olacaq”.
Öz növbəsində Qafqaz Universitetinin rektoru Ahmet Saniç “Bank of Baku” ilə əməkdaşlıqdan məmnun olduqarını vurğuladı. Onun sözlərinə görə, ali məktəblə bank arasında əməkdaşlıq qarşılıqlı faydalı olacaq.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF