“Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Noyabrın 27-də Bakıda “Çağ” Öyrətim
İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunmuş “Müasir
Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda tədbir
keçiriləcəkdir.
Bu münasibətlə “Çağ” Öyrətim
İşlətmələri Şirkətinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül
dəstələri qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti (ÇÖİŞ) idarə heyətinin sədri Ənvər Özərən jurnalistlərlə müsahibəsində ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışan Ə.Özərən qeyd etmişdir ki, ÇÖİŞ-in təhsil müəssisələri –Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530 –dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırmışdır. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar.
Ə.Özərən müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirmişdir.
http://qazeta.com/2012/11/26/cag-oyrətim-islətmələri-sirkətinin-kollektivi-heydər-əliyevin-m�Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.