Böyük Britaniya universitetlərinin bir qrup nümayəndəsi Qafqaz Universitetinin qonağı olmuşdur-

Bakı, 24 noyabr (AzərTAc). Böyük Britaniya universitetlərinin (Kent, City, Nottingem, Durham və s.) bir qrup nümayəndəsi Qafqaz Universitetinin qonağı olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat vermişdir.
Sonra qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.
Qonaqlar təmsil etdikləri universitetlərin əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırmışlar.
Nümayəndələr universitetin tədris şəraiti ilə də tanış olmuşlar.
http://www.azertag.gov.az/node/1027468

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF