“Çağ” – təhsildə 20 illik uğur
“Gülüstan” sarayında “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağöyrətim” adlı konfrans keçirilib. “Etimada sədaqətlə 20 il” devizialtında keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, millətvəkilləri, dövlət qurumlarının rəsmiləri və təhsil ictimaiyyətininnümayəndələri iştirak edib. Öncə Türkiyə prezidenti AbdullaGülün tədbirə ünvanlanan təbrik məktubu oxunub, sonra isəşirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən adıçəkilən şirkətin idarə heyətinin sədri Ənvər Özərən qurumun 20 illik fəaliyyətindən söz açıb. Bildirib ki,ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verib və onun ideyaları bu gün Prezident İlham Əliyevtərəfindən uğurla həyata keçirilir: “Tarix baxımında 20 il ərzində qısa zaman kimi görünsə də bu illər ərzində şirkət mühüm işlərgörərək yeniliklərə və uğurlara imza atıb. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləyərkən, 1992-ci ildekabrın 1-də Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumu ilə bağladığı təhsil müqaviləsi Azərbaycanda ilk Azərbaycan – Türkiyəözəl təhsil müəssisələrinin fəaliyyətinə yol açıb”. Ölkədə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışan Ə.Özərən qeyd edibki, “Çağ Öyrətim”in təhsil müəssisələri – Azərbaycan – Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləriilə respublikaya 530–dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Hazırda bu məktəblərdə çalışanmüəllimlərin 80 faizi yerli kadrlardan ibarətdir. Bu isə eyni zamanda, “Çağ”ın daha bacarıqlı, bilikli müəllimlər də yetişdirməsindənxəbər verir. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbulolunurlar. Ə.Özərən müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinəəminliyini bildirib.
Təhsil naziri M.Mərdanov çıxışında “Çağ”ın Azərbaycana gəlişi və dövrlər ərzindəki fəaliyyətinin tarixini vərəqləyib: “20 illlik tarixəslində qısa bir zamandır. Lakin “Çağ”ın bu tarixinin səhifələrini vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq olar. 20ildir ki, “Çağ” Azərbaycan təhsili üçün örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirdi. 20il ərzində “Çağ öyrətim”Azərbaycanın təhsiuli sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsiliüçün hər zaman nümunə olub və bu gün də işini uğurla davam etdirir. Rahat şəkildə deyə bilərik ki, onlar bu fəaliyyətləri ilə uluöndər Heydər Əliyevə verdikləri sözə hörmətlə, sədaqətlə əməl ediblər. Bütün bu kimi uğurlar “Çağ”da fəaliyyət göstərən doğru,dürüst adamların əməyinin nəticəsidir. Son illər bu məktəblərə axının artmasının da əsasını halallıqda axtarmaq lazımdır. Halallıqolan yerdə həm inkişaf, həm də tərəqqi var. “Çağ”ın ölkəmizdə fəaliyyətinin iki onilliyi tamam olur. Hər kəs bilir ki, təhsildə hərhansı bir nailiyyət əldə etmək o qədər sadə məsələ deyil. Bunun üçün 10 qat artıq çalışmaq lazımdır. “Çağ öyrətim” 20 il ərzindəAzərbaycan təhsilinin inkişafında çox böyük xidmət göstərib. Qarşıdan isə yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimizdə hələçox yeniliklər gətirəcəklər. Gələcək illərdə də “Çağ öyrətim” ölkəmizdə çalışaraq Azərbaycan təhsilini daha da irəliyə aparacaq”.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Məhmət Sağlam da iştirakçılara öz təbriklərini çatdırıb.
Tədbirdə Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ öyrətim” şirkətinin bir qrup əməkdaşı TəhsilNazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub.
Konfransın sonunda 20 illik fəaliyyəti dövründə“Çağ Öyrətim” İşlətmələri Şirkətinin məzunları olan və bugün öz fəaliyyətləri iləfərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim edilib.
S.QARAYEVA
http://www.525.az/site/?name=xeber&news_id=3202