Osmaniyə Korkut Ata Universitetinin rektoru Prof.Dr.Orhan Büyükalaca Qafqaz Universitetini ziyarət etdi.
12 November, 2012,
Türkiyə Cümhuriyyətinin Adana şəhərində yerləşən Osmaniyə Korkut Ata Universitetinin rektoru Prof.Dr.Orhan Büyükalaca və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfər ediblər. Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və Azərbaycandakı təhsil sistemi ilə maraqlanmaqdır. Rektor Prof.Dr.Orhan Büyükalaca ilk olaraq Qafqaz Universitetini ziyarət etmişdir.Qafqaz Universitetində keçirilən görüşdə Qafqaz Universitetinin prorektoru professor Niftalı Qocayev Azərbaycanla Türkiyə arasında olan birlik və bərabərlikdən bəhs edərək Ulu öndər H.Əliyevin kəlamını xatırlatmışdır, Biz "Bir millət, iki dövlətik!" və bu yolda da uğurla addımlayırıq. Prorektor Niftalı Qocayev Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında bir çox məsələlər barədə müzakirələr aparıldı . Əsas müzakirələrdən biri də universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır.
Qafqaz Universitetinin mətbuat xidməti.