Türkiyənin “Fırat” Universitetinin rektoru Gəncə Azərbaycan – Türkiyə Özəl Liseyində olub

 Noyabrın 23-də Türkiyənin “Fırat” Universitetinin rektoru,  professor Kutbeddin Demirdağ, həmçinin universitetin prorektorları professor Ahmet Kazez, Ahmet Şaşmaz və  kafedra müdiri professor Etibar Pənahlı Gəncə Azərbaycan – Türkiyə Özəl Liseyində olublar. 

Qonaqlar əvvəlcə liseyin tədris şəraiti və liseydə tətbiq olunan yeni təhsil texnologiyaları ilə yaxından tanış olublar. Sonra dəyirmi masa arxasında keçirilən görüş zamanı liseyin müdiri Kenan Güzel məktəbin təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə qonaqlara ətraflı məlumat verib. 

Fırat Universitetinin rektoru,  professor Kutbeddin Demirdağ və onun başçılıq etdiyi professor heyəti liseydə şagirdlər üçün hazırlanmış tədris şəraitindən, məktəblilərin nizam-intizamından məmnun qaldıqlarını bildiriblər.Onlara təhsildə uğurlar diləyiblər.

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/714-tuerkiynin-frat-universitetinin-rektoru-liseyd291112.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF