Qafqaz Universiteti ilə Bank of Baku arasında əməkdaşlıq müqaviləsi imzalandı


İş dünyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verən Qafqaz Universiteti növbəti əməkdaşlıq müqaviləsini Bank of Baku ilə imzaladı. İki tərəfli əməkdaşlığın səmərəli nəticələrinin inkişafı kimi qiymətləndirilən müqavilənin imzalanma mərasimi Qafqaz Universitetində baş tutdu.
            Əməkdaşlıq müqaviləsinə görə iki müəssisə arasında indiyə kimi mövcud olan qarşılıqlı münasibətlər daha da inkişaf etdiriləcəkdir.
            Razılaşmanın məqsədi Bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin Universitetdə istifadəsinə, Universitet müəllimlərinin və tələbələrinin Bankın fəaliyyatinə cəlb edilməsinə nail olmaqdır.
            Razılaşmaya əsasən aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırlır:
  Universitetin müəllimlərinin müasir informasiya texnologiyaları üzrə Bankda qısa müddətli stajkeçmə və ixtisasartırma kurslarının təşkili və keçirilməsi;
 Universitetin tələbələrinin Bankın  struktur bölmələrində/filiallarında istehsalat təcrübəsinin keçirilməsi;
 Universitetin müəllim və tələbələrinin Bankın xüsusi tədbir, görüşlərindədə iştirak etməsi;
 Müxtəlif statuslu elmi və elmi-texniki konfransların birlikdə keçirilməsi;
 Universitetin tələbələri üçün təqaüdlərin təsis edilməsi;
 Universitetdə tədris prosesinin maddi-texniki və proqram təminatı bazasının möhkəmləndirilməsi;
 Bank və ya maliyyə sektoru sahəsində dövrün aktual problemlərinin həllində rol oynaya biləcək ixtisasların açılmasına dair birgə layihələrin həyata keçirilməsi;
 Universitetdə Təhsil Proqramının daimi informasiya dəstəyini təmin etmək məqsədi ilə Bankın mütəxəssisləri tərəfindən müvafiq dərslərin verilməsi və digər müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətlərin göstərilməsi;
 Yüksək biliklərə yiyələnən Universitet məzunlarının işlə təmin olunması;
Tələbələri Bankın fəaliyyəti, Bankda mövcud vəzifələr haqda məlumatlandırmaq məqsədilə Universitetdə "Karyera günləri"nın keçirilməsi;
Tələbələrin kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndirilməsi;
Bankın aparıcı mütəxəssislərinin müvafiq sahələrdə tədris prosesinə cəlb edilməsi;
Bankın təşkil etdiyi tədbirlər, görüşlər, təlimlərdə Universitetin auditoriyalarından istifadə edilməsi;
Birgə elmi tədqiqat və layihə-konstruktor işlərinin aparılması;
Gələcəkdə birgə bank sahəsində ortaq layihə əsasında ixtisasların açılmasına dəstəyin verilməsi;
Birgə aparılmış elmi-tədqiqat, layihə-konstruktor işlərinin nəticələrinin müxtəlif nəşrlərdə dərc olunması və sərgilərdə nümayiş etdirilməsi.
Qeyd edək ki, beş il müddətində qüvvədə qalacaq müqaviləni Qafqaz Universitetinin rektoru prof. Ahemt Saniç və Bank of  Baku İdarə heyəti sədrinin müavini Zaur Qaraisayev imzaladılar.
http://reportyor.com/index.php?cat=cemiyyet&id=9834

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF