Nizami Rayon İcra Hakimiyyətində görüş

 Noyabrın 6-da Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan-Türkiyə Özəl Liseyləri (ATÖL) Baş İdarəsinin rəisi Mesut Kurnazı və “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Yusuf Duranı qəbul edib. Qəbul zamanı M. Kurnaz  ATÖL-nin təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verərək bildirib ki, liseylər yeni tədris ilinə bir sıra təhsil yenilikləri ilə başlayıb. Belə ki, yeni tədris ilindən başlayaraq liseylərdə dərslər elektron təhsil sistemi ilə keçilir. Bunun üçün  ATÖL-nin tədris müəssisələrinə “Ağıllı lövhə”lər alınaraq şagird və müəllimlərin istifadəsinə verilib. Bu da şagirdlərin dərsi qavrama qabiliyyətini yüksəltməklə bərabər dərslərin ən müasir qaydalarla keçilməsində mühüm rol oynayır. Liseylərdə bu kimi təhsil yeniliklərinin mütəmadi olaraq davam edəcəyini söyləyib. Ötən tədris ilində şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplayaraq Azərbaycanın, eləcə də dünyanın bir sıra universitetlərinə qəbul olunduqlarını və hal-hazırda təhsillərini uğurla davam etdirdiklərini deyib. Şagirdlərinin hər il keçirilən “İnepo-Avrasiya”, Beynəlxalq Türkcə və “Ana dilimizi sevək, sevdirək” kimi beynəlxalq fənn və layihə olimpiadalarda qızıl, gümüş və bürünc medallar qazanmalarından söhbət açıb.  

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov  Azərbaycan-Türkiyə Özəl Liseylərində yeni təhsil texnologiyalarının tətbiq olunmasından və təhsildə əldə etdiyi nailiyyətlərdən  məmnun olduğunu bildirib. Rayonda təhsilin səviyyəsini daha da yüksəldilməsi üçün xüsusi diqqət və qayğı göstərildiyini deyib. Azərbaycan-Türkiyə Özəl Liseylərinə təhsildə uğurlar arzulayıb. 

 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır