Beynəlxalq fənn və layihə olimpiadaları qalibləri mükafatlandırıldı

 Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri (ATÖL) Baş İdarəsinin rəisi Mesut Kurnaz və beynəlxalq fənn və layihə olimpiadaları qaliblərinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə ilə görüşü olmuşdur. Görüş zamanı dr. Enver Özeren 20 il ərzində və son bu ildə təhsildə əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. O bildirib ki, indiyədək şirkətin təhsil müəssisələrinin məktəblilərinin beynəlxalq fənn və layihə olimpiada yarışlarından 100-dən çoxu qızıl olmaqla ölkəyə gətirilən medalların sayı 529-a çatıb. Bu gün təhsil müəssisələrində 400-ə yaxın şagird və tələbə pulsuz təhsil alır ki, onların da bəziləri qəbul imtahanında 600-dən yuxarı bal toplayanlar, bəziləri isə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərənlərdir”. Şirkətin tədris müəssisələrində tətbiq olunan elektron məktəb sistemi tədrisin keyfiyyətini qaldırmağa kömək edir. Müasir təhsil texnologiyalarından istifadə şagirdlərin dərsi qavrama qabiliyyətini yüksəldir. Bu gün tətbiq olunan yeni təhsil texnologiyaları bundan sonra da davamlı olaraq yenilənəcəkdir.  

ARDNŞ-nın vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə “Çağ” Öyrətim İşlətmələri nin tədris müəssisələrinin təhsildə əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu bildirib. Onlara təhsildə uğurlar diləyib. Sonra görüşdə iştirak edən Beynəlxalq fənn və layihə olimpiada qaliblərini təbrik edərək onlara müxtəlif qiymətli hədiyyələr təqdim edib. 

 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır