Məmməd Aslanın Sumqayıt Özəl Türk Liseyində şagirdlərlə görüşü olub
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi və ən başlıcası, hamımızın
sevimlisi Məmməd Aslanın Sumqayıt Özəl Türk Liseyində şagirdlərlə görüşü
olub.
Qonaq əvvəlcə liseydə şagirdlər üçün hazırlanmış tədris şəraiti
və yeni tətbiq olunan elektron təhsil sistemi ilə “Ağıllı lövhə”lərlə
yaxından tanış olub. Buradakı səliqə səhman, şagirdlərin dərsə olan
marağı, onların nizam-intizamı şairin diqqətini cəlb edib.
Sonra liseyin
bir qrup müəllim və şagirdləri ilə görüşən şair “Çağ” Öyrətim
İşlətmələrinin Azərbaycan-Türkiyə Özəl Liseylərində eləcə də Sumqayıt
Özəl Türk Liseyində məktəblilər üçün hazırlanmış şəraitdən olduqca
məmnun olduğunu xüsusilə qeyd edib. Şagirdlərin təlim-tərbiyəsinin və
onların dərslərinə davamiyyətinin belə yüksək səviyyədə təşkil olmasında
liseyin pedaqoji kollektivinin əməyini yüksək qiymətləndirib.
Elm
öyrənmək və öyrətmək yüksək mənəvi dəyər olduğunu bildirib. Müəllim
peşəsinin çətin, yorulmaz əmək ,fədakarlıq və səbr tələb etdiyni
xüsusilə vurğulayan şair məktəblilərin bu əziyyətlərin nəticəsində
vətənpərvər layiqli vətəndaş kimi böyüdüklərini deyib. Bu görüşdən
məmnun olduğunu söyləyən şair Sumqayıt Özəl Türk Liseyinin pedaqoji
kollektivinə təhsildə uğurlar diləyib.