“QU Tələbələrinin 37-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin Azərbaycan birinciliyi keçirilmişdir.
19 November, 2012, ACM International Collegiate Programming Contest (ICPC) IBM şirkəti tərəfindən maliyyələşdirilən, ACM tərəfindən təşkil olunan və mənzil-qərargahı Baylor Universitetində yerləşən proqramlaşdırma üzrə çoxpilləli müsabiqədir. Bu müsabiqə regional müsabiqələrdə ev sahibliyi edən qlobal universitetlər şəbəkəsini əhatə edir. Regional müsabiqələrin nəticələrinə görə müvəffəqiyyət qazanmış komandalar ACM-ICPC Dünya finalında iştirak etmək hüququ əldə edir. Bu müsabiqədə iştirakçiların sayı 6 qitədən 80-dan artıq ölkənin 2000-ə yaxın universitetindən olan kompyuter elmləri sahəsidə minlərlə ən yaxşı tələbə və müəllimlərin hesabına sürətlə artmaqdadır.
Müsabiqə əsasən 3 mərhələdə aparılır. Birinci mərhələ - 1/4
final mərhələsi hər ölkə daxilində keçirilir. 2-ci yarımfinal mərhələsi
müxtəlif regionlarda keçirilir. Final mərhələsi isə konkret bir ölkədə
keçirilir.
Müsabiqə yaradıcılığa, qrup fəaliyyətinə və yeni proqramların
hazırlanmasında innovasiyalara səbəb olur, həmçinin tələbələrə “təzyiq”
altında öz qabiliyyətlərini nümayiş etdirmələrinə kömək edir. Başqa
sözlə bu dünyada proqramlaşdırma üzrə ən möhtəşəm, prestijli, 37 illik
tarixçəsi olan bir müsabiqədir.
Azərbaycan komandaları bu müsabiqələrdə 2005-ci ildən
başlayaraq mütəmadi olaraq iştirak edir. İndiyə qədər Azərbaycanı Qafqaz
Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları
təmsil etmişlər.
Qafqaz Universitetinin komandaları 1/4 final mərhələsində
dəfələrlə müvəffəqiyyət qazanaraq 2005-ci ildən bəri Azərbaycanı təmsil
edirlər.
“Universitet Tələbələrinin 37-ci ACM Proqramlaşdırma”
beynəlxalq müsabiqəsinin növbəti 1/4 final mərhələsi (VIII Azərbaycan
Çempionluğu) 18.11.2012 tarixində Qafqaz Universitetində keçirilmişdir.
Müsabiqədə 35 komanda iştirak etmişdir.
Qafqaz Universiteti – 13
Moskva Dövlət Universitetinin Bakı filialı – 7
Bakı Dövlət Universiteti – 3
Milli Aviasiya Akademiyası – 3
Azərbaycan Texniki Universiteti – 2
Azərbaycan Memarlıq və İnşaat Universiteti – 1
Azərbaycan Dövlət Pedaqoji Universiteti – 1
Odlar Yurdu Universiteti – 1
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 1
Məktəblilər – 2 (müsabiqədən kənar)
komanda ilə (hər komandada 3 nəfər) təmsil olunmuşlar.
Müsabiqənin nəticələrinə görə 12 komanda 2 dekabr 2012-ci il
tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək
“Universitet Tələbələrinin 37-ci ACM Proqramlaşdırma” beynəlxalq
müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq
çempionatında iştirak etmək üçün vəsiqə qazanmışlar.
I YER
Azərbaycan Çempionu
Baku Qafqaz U 1 komandası
Kamran Məhərov (Kompüter Mühəndisliyi M1)
Müsaqil Musabəyli (Kompüter Mühəndisliyi 3)
Məhəmməd Vəliyev (Kompüter Mühəndisliyi 1)
II YER
Baku Qafqaz U 2 komandası
Xəyyam Quliyev (Kompüter Mühəndisliyi 4)
Hidayət Soltanzadə (Kompüter Mühəndisliyi 4)
Ələkbər Vəlizadə (Kompüter Mühəndisliyi 4)
III YER
Baku Qafqaz U 4 komandası
Vüqar Ağayev (Kompüter Mühəndisliyi M1)
Cavid Abbasov (Kompüter Mühəndisliyi 3)
Nurlan Əliyev (İnformasiya Texnologiyaları və Sistem Mühəndisliyi 2)
IV YER
Baku Qafqaz U 3 komandası
Rauf Ağayev (Kompüter Elmləri M1)
Kənan Əsgərli (Kompüter Mühəndisliyi 3)
Elmi Əhmədov (Kompüter Mühəndisliyi 1)
Qafqaz Universitetinin mətbuat xidməti.