“ÇAĞ ÖYRƏTİM” 20 İLLİK YUBİLEYİNİ QEYD ETDİ - (FOTOLAR)

 
Noyabrın 27-də "Gülüstan" sarayında "Çağ Öyrətim" işlətmələrinin ölkəmizdəki fəaliyyətinin 20 illiyi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, deputatlar, diplomatik korpusun nümayəndələri və eləcə də "Çag Öyrətim" İşlətmələrinə daxil olan liseylərin, Qafqaz Universitetinin məzunları və media nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən rəhbərlik etdiyi şirkətin 20 illik fəaliyyetindən danışdı. Çətin bir zamandan Azərbaycana gəldiklərini deyən Ənvər Özərən Azərbaycanda təhsilin inkişafına sərmayələr yatırdıqlarını və prosesin indi də davam etdiyini söylədi.
Çıxış edən təhsil naziri Misir Mərdanov "Çag Öyrətim" işlətmələrinin Azərbaycan təhsilinə bəxş etdiyi nailiyyətlərdən danışdı. Nazir çıxısı zamanı bildirdi ki, çətin bir zamanda Azərbaycana gələrək təhsilə sərmayə qoyub indi sözlə ifadə etməyə çətinlik çəkdikləri bu nailiyyətləri əldə etdiklərinə görə onlara öz təşəkkürünü bildirir: "Bu şirkətin fəaliyyəti Azərbaycan təhsilinin inkişafına xidmət edib. Biz onların fəaliyyətini çox yüksək qiymətləndiririk"
Təhsil naziri daha sonra "Çag Öyrətim" işlətmələrində çalışan bir qrup müəllimləri mükafatlandırdı.

"Çag Öyrətim" işlətmələrinin 20 illik fəaliyyətində göstərdikləri fədakarlığa görə müəllimlər xüsusi dost nişanları ilə təltif olundular
http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/137980-%E2%80%9C%C3%87A%C4%9E_%C3%96YR%C6%8FT%C4%B0M%E2%80%9D_20_%C4%B0LL%C4%B0K_YUB%C4%B0LEY%C4%B0N%C4%B0_QEYD_ETD%C4%B0_-_%28FOTOLAR%29
Fərahim İLQAROĞLU
FOTOLAR müəllifindir

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır