Qafqaz Universitetinin Biznes Dünyası Klubu yeni bir uğura imza atmışdır.
12 November, 2012, Qafqaz Universitetinin Biznes Dünyası Klubunun tələbələri Azercell Telekom MMC, Barama İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun təşkil etdiyi “Elm və Texnologiya Sahibkarlığı Proqramında” iştirak etmişdir.Bu proqramda Azərbaycandan 50- layihə təqdim edilmişdir, 12-layihə finalda iştiak etmək hüququ qazanmışdır.
Barama İnnovasiya Mərkəzi və CRDF Global təşkilatının müqayisəvi
dəyərləndirməsi nəticəsində Qafqaz Universitetinin layihəsi final
mərhələsində iştirak üçün seçilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki,
bu layihələrdən yalnız 4-ü qalib hesab ediləcəklər.
1-ci yerə biznes qurmaq üçün 20 000 dollar veriləcəkdir.
2-ci və 3-cü yerlərə biznes qurmaq üçün hər birinə 15 000 dollar pul veriləcəkdir.
4-cü yerə isə 10 000 dollarlıq Amerikaya 1 aylıq Silikon vadisində təcrübə keçmək üçün “Səyahət Qrantı” veriləcəkdir.
Qafqaz Universitetinin mətbuat xidməti.