Biznes Dünyası Klubunun üzvləri “Elm və texnologiya sahibkarlığı proqramında” iştirak etmişlər


Bakı, 15 noyabr (AzərTAc). Qafqaz Universitetinin Biznes Dünyası Klubunun üzvləri Azercell Telekom MMC, Barama İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun təşkil etdiyi “Elm və texnologiya sahibkarlığı proqramında” iştirak etmişlər. 

Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu proqrama Azərbaycandan 50 layihə təqdim edilmiş, 12 layihə finalda iştirak etmək hüququ qazanmışdır.
Barama İnnovasiya Mərkəzi və CRDF Global təşkilatının müqayisəli dəyərləndirməsi nəticəsində Qafqaz Universitetinin layihəsi final mərhələsində iştirak üçün seçilmişdir.
Layihələrdən yalnız 4-ü qalib hesab ediləcəkdir.
1-ci yerə biznes qurmaq üçün 20 min , 2-ci və 3-cü yerlərə hər birinə 15 min ABŞ dolları məbləğində vəsait ayrılacaqdır.
4-cü yerə isə 10 min dollar məbləğində ABŞ-a 1 aylıq Silikon vadisində təcrübə keçmək üçün “Səyahət qrantı” veriləcəkdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF