Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universiteti arasında elmi əlaqələr genişlənir
Qafqaz Universitetinin rektoru, prof.dr. Ahmet Saniç və həmin
universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman AMEA
akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət
vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər. İnstitutdan
“Azadinform”a verilən məlumata görə, görüşdə bu iki elm və təhsil
müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə
olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı konkret ilk
addımlar atılıb.
Əldə olunan razılığa əsasən, Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti noyabrın 21-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq konfrans keçirəcəklər. Bundan əlavə, tərəflər gələn il aprel-may aylarında “Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları” mövzusunda beynəlxalq konfransın təşkili ilə bağlı da razılıq əldə olunub.
Görüşdə hər iki qurum tərəfindən birgə elmi tədbirlərin təşkili, elmi əsərlərin tərcüməsi və nəşri sahəsində görüləcək işlərin də perspektivləri müzakirə edilib.
http://www.olaylar.az/news/social/17582