Qafqaz Universiteti ilə qardaş Türkiyənin 2 Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Qafqaz Universiteti ilə qardaş Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında anlaşma memorandumu imzalanıb. Memorandumun imzalanma mərasimi Qafqaz Universitetinin Tempus ofisində keçirilib .Tədbiri giriş sözü ilə açan  Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan və Türkiyə mehriban qardaşlıq münasibətlərindən  danışıb. Rektor  müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söylədi . Daha sonra rektor nitqində Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamlarını məclis iştirakçılarının diqqətinə çatdırdı . Rektor Ahmet Saniç cıxışını başa vurduqdan  sonra söz Türkiyədən gələn Muğla Sıtkı Kocman universitetinin rektoru, professor Mansur Harmandara verildi. Rektor "Qafqaz Universitetinin nəaliyyətlərini çox duymuşdum,  bəli indi də gəldim gördüm,  duyduğum kimidir sizlərə başarılar arzulayıram” söylədi. Sonra söz Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaza verildi .  Rektor Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən söz açdı. Sonra Anlaşma Memorandumu imzalandı. Sənədi Qafqaz Universitetinin rektoru  Ahmet Saniç qardaş Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları imzaladılar.  Memorandumda universitetlər  arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və tələbə- müəllim mübadiləsi məsələləri nəzərdə tutulmşdur.

Movqe.Az


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF