Qafqaz Universiteti Türkiyənin iki ali məktəbi ilə anlaşdı
Qafqaz Universiteti ilə qardaş
Türkiyənin iki universiteti arasında anlaşma memorandumu imzalanıb.
Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata
görə, Qafqaz Universiteti ilə qardaş Türkiyənin “Muğla Sıtkı Kocman” və “Rizə
Rəcəb Tayyib Ərdoğan” Universitetləri arasında anlaşma memorandumu
imzalanıb. Memorandumun imzalanma mərasimi Qafqaz Universitetinin Tempus
ofisində keçirilib.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan və Türkiyə mehriban qardaşlıq münasibətlərindən danışıb. Rektor müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söyləyib. Daha sonra rektor nitqində Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamlarını məclis iştirakçılarının diqqətinə çatdırıb. Rektor Ahmet Saniç cıxışını başa vurduqdan sonra söz Türkiyədən gələn Muğla Sıtkı Kocman universitetinin rektoru, professor Mansur Harmandara verilib. Rektor “Qafqaz Universitetinin nəaliyyətlərini çox duymuşdum, bəli indi də gəldim gördüm, duyduğum kimidir sizlərə başarılar arzulayıram” söyləyib.
Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaz Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən söz açıb.
Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi Qafqaz Universitetinin rektoru Ahmet Saniç qardaş Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları imzalayıblar.
Memorandumda universitetlər arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və tələbə- müəllim mübadiləsi məsələləri nəzərdə tutulub.
Anar Kəlbiyev
http://modern.az/articles/31081/