“Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
AZADİNFORM. Noyabrın 27-si Bakıda “Çağ” Öyrətim
İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir
Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda tədbir
keçiriləcək.
“Azadinform” xəbər verir ki, bu münasibətlə “Çağ” Öyrətim
İşlətmələri Şirkətinin kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil
və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.
“Çağ” Öyrətim
İşlətmələri Şirkəti (ÇÖİŞ) idarə heyətinin sədri Ənvər Özərən
jurnalistlərlə müsahibəsində ümummilli lider Heydər Əliyevin təhsilin
inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini vurğulayıb. Ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və
qayğıdan danışan Ə.Özərən qeyd edib ki, ÇÖİŞ-in təhsil müəssisələri
–Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz
Universiteti öz fəaliyyətləri ilə respublikaya 530-dan çox beynəlxalq
dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırıb. Təhsil müəssisələri
məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə
ən yüksək ballarla qəbul olunurlar. Ə.Özərən müvafiq sahənin inkişafı
üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət
göstərəcəklərinə əminliyini bildirib.
http://www.azadinform.az/news/a-33923.html