Qafqaz Universitetinin bir qrup müəllim heyəti Türkiyədə “texno park” modelini öyrəndilər

Türkiyədə 45 texno park fəaliyyət göstərir. Texno parkların
fəaliyyəti son 10 ili əhatə etsədə, hazırda onların yüksək
texnologiyaların ixracatında ciddi paya sahibdir. Qısa müddət ərzində
fəaliyyətə başlamalarına baxmayaraq onların illik ixracatı bugünkü
statistikalara görə 500 milyon ABŞ dollarından çoxdur və bu tendensiya
ildən-ilə artmaqdadır.
Türkiyə texnoparklarının xarakterik xüsusiyyətlərindən biri ondan
ibarətdir ki, başqa ölkələrdən fərqli olaraq burada adı çəkilən qurumlar
universitetlərin tərkibində qurulur və beləliklə də akademik mühitlə
sənayenin sinerjisini maksimum şəkildə təmin etmək olur.
Yaxın gələcəkdə Azərbaycanda da “texno park”ların qurulması
prosesinin başlayacağını nəzərə alsaq Türkiyə modelinin tətbiq edilməsi
çox faydalı olardı. Onuda qeyd edək ki butipli “texno park” Qafqaz
Universitetindədə yaxın vaxlarda qurulacaqdır.
Qafqaz Universitetinin mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2700&link=&lang=az