“Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfrans 2012-ci il noyabrın 21-də, saat 11:00-da Qafqaz Universitetinin Akt zalında keçiriləcəkdir


Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfransa dəvət edirik. Təşkilatçılar AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Azərbaycan Qafqaz Universitetidir.

Konfrans 2012-ci il noyabrın 21-də, saat 11:00-da Qafqaz Universitetinin Akt zalında keçiriləcəkdir.  

Konfransın proqramı

Giriş sözü
Prof. Dr., millət vəkili Gövhər Baxşəliyeva
(AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili)

Prof. Dr. Ahmet Sanıc
(Azərbaycan Qafqaz Universitetinin rektoru)

Məruzələr
Prof. Dr. Nüshabə Araslı (AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi)
“Nizami və sələfləri”

Prof. Dr. Mehdi Kazimov (AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin müdiri)
“Şərq ədəbiyyatında Nizami ənənələri”

Dr. Ali Temizel (Türkiyə, Selçuk Üniversitetinin professoru
Türkiye'de Nizami Gencevi çalışmaları

Setter Durmaz (Azərbaycan Qafqaz Universitetinin müəllimi)
Türk edebiyatında "Hamse" geleneğinin oluşmasında Nizâmî Gencevî'nin rolü

Fərzad Qasımzadə (İran)
“Dünya ədəbiyyatının iftixarı – Nizami Gəncəvi”

f.ü.f.d. Səadət Şıxıyeva (AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi)
Nəsiminin fikir düzənində Nizami məntiqi və söz sənətindən təsirlənmələr
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF