Türkiyədə Nizami Gəncəvi yaradıcılığı ilə bağlı elmi tədqiqatlar aparılır
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında
Türkiyədə çox dəyərli elmi tədqiqatlar aparılır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının
akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz
Universitetinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi və Şərq ədəbiyyatları"
adlı beynəlxalq elmi konfransda Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç deyib.
Azərbaycan, Türkiyə və İran alimlərinin iştirak etdiyi konfransda çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Nizami Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında böyük hadisə olduğunu qeyd edib.
Baxşəliyeva deyib ki, XII əsr intibah dövründə yaşayıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir.
Tədbirdə iştirakçılar tərəfindən məruzələr də dinlənilib.
http://www.olaylar.az/news/culture/20214