Tələbə həftəsində unudulmaz ləzzət
17
noyabr Beynəlxalq Tələbə Günüdür. Beynəlxalq Tələbə Günü
respublikamızda da qeyd edilir. 17 noyabr Beynəlxalq Tələbə Günü ilə
əlaqədar Gənclər və İdman Nazirliyi 10-17 noyabr həftəsini “Tələbə
həftəsi” elan edib. Qafqaz Universitetinin tələbələri Mədəniyyət
şöbəsinin Sənaye Mühəndisliyi klubunun təşkilatçılığı ilə “ Tələbə
həftəsi”ni Azərbaycan bazarında özünəməxsus yeri olan
"Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin "Ulduz" fabrikinin istehsalı
olan keyfiyyətli, dadlı və zövqləri oxşayan şokoladları və Azərbaycanın
ekoloji təmiz məhsullarından, doğma diyarımızın yaşıl bağlarından
toplanmış meyvələrdən istehsal edilmiş 100% təbii Vita 1000 şirələrini
hədiyyə olaraq daddılar. Tələbə həftəsini ağız dadı ilə yaşayanlar bir
daha əmin oldular ki, Azərbaycan məhsulların keyfiyyəti, tərkibi,
qablaşdırılması heç də dünya məhsullarından geri qalmır.
Yerli
şirkətlərlə yaxından əməkdaşlıq edən Sənaye Mühəndisliyi klubunun
üzvləri tələbə həmkarlarına Azərbaycan məhsulunu tanıtdıraraq
sevdirməklə yanaşı onların il ərzində istehlakçılar və müştərilər
arasında nüfuz qazanmış, öz fəaliyyətləri ilə Azərbaycan
iqtisadiyyatının inkişafına töhfə vermiş istehsal və xidmət sahələrində
fəaliyyət göstərən mütəxəssislərlə görüşlərini təşkil etmək, maraqlı və
aktual mövzularda seminar və treninqlər həyata keçirməyi planlaşdırır.