“Qafqaz”ın müəllimi ABŞ-da müsabiqə qalibi oldu

Qafqaz Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli ABŞ Dövlət Departamentinin Azərbaycan ali məktəblərinin gənc tədqiqatçıları üçün həyata keçirdiyi “Fakültə İnkişaf Proqramı” müsabiqəsinin qalibi olub.
 
Universitetdən verilən məlumata görə, üç mərhələdən ibarət olan müsabiqədə Azərbaycan ali təhsil müəssisələrinin humanitar və sosial elm sahələri üzrə elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc fakültə əməkdaşları iştirak ediblər. Müsabiqənin qalibi olan Heydər Eminli qrant mubadilə proqramı üzrə ABŞ universitetlərində 2012-2013-cü tədris ili ərzində təlim keçəcək, habelə ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaq.
Qeyd edək ki, Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil ocaqlarından seçilən ölkə birinciləri qrant proqramı əsasında ixtisaslaşdıqları sahələr üzrə ABŞ universitetlərində təhsil almaqla yanaşı, həm də onların tədris prosesi və metodologiyasına dair biliklərini təkmilləşdirmələri nəzərdə tutulur. Proqramın qalibləri eyni zamanda universitetlərarası əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək imkanları qazanacaqlar.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45595

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır