Qafqaz Universiteti ilə Bank of Baku arasında müqavilə imzalanıb

AZADİNFORM. Qafqaz Universiteti ilə Bank of Baku arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Məlumatı “Azadinform” Qafqaz Universitetindən veriblər.
Qafqaz Universitetində imzalanan müqaviləyə görə, iki müəssisə arasında indiyə kimi mövcud olan qarşılıqlı münasibətlər daha da inkişaf etdiriləcək.
Razılaşmanın məqsədi bankın sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimləri və tələbələrinin Bankın fəaliyyətinə cəlb edilməsinə nail olmaqdır.
Qeyd edək ki, beş il müddətində qüvvədə qalacaq müqaviləni Qafqaz Universitetinin rektoru prof. Ahemt Saniç və Bank of  Baku İdarə Heyəti sədrinin müavini Zaur Qaraisayev imzalayıblar.
http://www.azadinform.az/news/a-34185.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF