“Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

Bakı, 26 noyabr (AzərTAc). Noyabrın 27-də Bakıda “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda tədbir keçiriləcəkdir.
Bu münasibətlə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti (ÇÖİŞ) idarə heyətinin sədri Ənvər Özərən AzərTAc-ın müxbirinə müsahibəsində ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışan Ə.Özərən qeyd etmişdir ki, ÇÖİŞ-in təhsil müəssisələri –Azərbaycan-Türkiyə özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530 –dan çox beynəlxalq dərəcəli qızıl, gümüş və bürünc medallar qazandırmışdır. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın və dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar.
Ə.Özərən müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirmişdir. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF