Quba Özəl Türk Liseyində elmi-əyləncəli tədbir keçirilib

 Belə ki, liseydə riyazi ədəd olan "pi"yə həsr olunmuş xüsusi guşədə 7-ci sinif şagirdləri hazırladıqları tortları və köynəkləri nümayiş etdiriblər. Tədbirin təşkilatçısı və təşəbbüskarı, liseyin direktor müavini Məsut Bulak bildirib ki, əyləncəli proqramların şagirdlərin elmə olan marağını artırmağa xidmət edir. Onun sözlərinə görə, elmə həsr olunan belə sosial proqramlar həm də şagirdlərin fərdi yaradıcılıqlarına təkan verir. Liseyin 7-ci sinif şagirdi Tağı Məmmədov bu proqrama on gün hazırlaşdığını və bu müddətdə "pi" lə bağlı araşdırmalar apardığını deyib. O həmçinin bu araşdırmalar zamanı yeni materiallarla tanış olduğunu da söyləyib. 
Hazırladığı köynək üzərində "pi"yə öz düşüncələri əsasında forma verən şagirdlərdən Oruc Əliyev axtarışlarından məmnun qaldığını, Eldar Eyvazov isə belə tədbirlərin əyləncəli olduğunu vurğulamaqla yanaşı, həm də qeyri-adi bir öyrənmə üsulu olduğunu bildirib.
Qeyd edək ki, yarışmada Elçin Sultanzadənin (tort hazırlığı nominasiyasında), İsmayıl Səfərovun (köynək nominasiyasında) "pi"yə verdikləri bəzəklər birinci yerə layiq görülüb. Qiymətləndirmə liseyin müəllim heyəti tərəfindən həyata keçirilib. Sərgidə 17 nəfər şagird "pi"li tort, 16 nəfər şagird isə "pi"li köynək nümayiş etdirib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, sərgidə şagirdlər "pi" ilə bağlı biliklərini də göstəriblər. Belə ki, liseyin şagirdi Eşqin Məmmədov "pi"nin qiymətinin tamdan sonrakı 500 rəqəmi əzbər söyləyib. (Qeyd edək ki, tamdan sonra sonsuz rəqəmlər var. Hazırda bunun 73 milyardı  müəyyənləşib).  
Məlumat üçün bildirək ki, "pi" ədədi istənilən çevrənin uzunluğunun diametrə olan nisbətidir. Bu da 3.14..... şəklində sonsuza qədər artan ədədlərdən ibarətdir. Bunu elmə gətirən Arximed olub. Daha sonralar, yəni XIV əsrdə Şərq alimi Qiyasəddin Cəmşid tamdan sonra gələn 14-cü rəqəmə kimi bunu tapıb. 
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF