Sumqayıt Özəl Türk Liseyində Azərbaycan Dövlət Bayrağı, eləcə də TV və radio işçilərinin peşə bayramı qeyd olunub

 Noyabrın 6-da Sumqayıt Özəl Türk Liseyində Azərbaycan Respublikası Dövlət Bayrağı günü və Azərbaycan Respublikası Televiziya və radio işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib. Tədbirdə “Dünya” televiziyasının əməkdaşları da iştirak edib. Tədbirdə liseyin müəllimi Namiq Ağaməmmədov çıxış edərək tədbirin keçirilməsinin məqsədi barədə məlumat verib. Sonra bununla bağlı video filmlər nümayiş olunub. Sonra məktəbdə təşkil edilmiş inşa müsabiqəsinin qalibləri fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıblar. Daha sonra televiziya və radio ilə əlaqədar viktorina keçirilib. Viktorinada fəal iştirak edən şagirdlər mükafatlandırılıblar. 

Viktorinanın sonunda tədbirdə iştirak edən Sumqayıt şəhər “Dünya” televiziya kanalının baş redaktoru Qalib Əhmədov çıxış edərək “Dünya” televiziyasının keçdiyi yol və görüləcək işlər barədə danışan qonaq, sonra şagirdləri maraqlandıran sualları cavablandırıb. Şagirdlərin “Dünya”TV-də görmək istədikləri proqramlar və digər verilişlər haqqındakı təklifləri nəzərə alınacağını və imkan daxilində təkliflərin öyrəniləcəyini və bu təkliflərin həyata keçiriləcəyini bildirib.
Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan “Dünya” televiziya kanalının baş redaktoru Qalib Əhmədovu və televiziyanın əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib və Q. Əhmədova xatirə hədiyyəsi təqdim edib.
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır