Birləşmiş Krallığın Universitetlərindən ibarət bir heyət Qafqaz Universitetinin qonağı olmuşdur.
"Levant Education" Təhsil şirkətinin təşəbbüsü ilə Azərbaycanda
işgüzar səfərdə olan Birləşmiş Krallığın Universitetləri 22 Noyabr, 2012
tarixində Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç bəy və
Qafqaz Universiteti Xarici Əlaqələr Şöbəsi tərəfindən qəbul edilmiş,
qarşılıqlı müzakirələr və fikir mübadiləsi aparılmışdır. Heyətin
tərkibində İngiltərənin aparıcı universitetlərindən Kent University,
City University London, Sheffield University, Nottingham University,
Durham University təmsil edilmişdi.
Görüş Xarici Əlaqələr Şöbəsinin məsləhətçisi Zəfər Həsənovun Qafqaz
Universiteti ilə bağlı təqdimatıyla başlamış, qarşılıqıl sual-cavab və
mümkün əməkdaşlığın müzakirəsi ilə davam etmişdir. Qonaqlar təmsil
etdikləri universitetlərin qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını
və partnyorluğun mümkünlüyünü ifadə etdilər.
Ziyarət Qafqaz Universiteti binası daxilində qısa məlumatlandırıcı
gəzinti, günorta yeməyi və çay süfrəsi ilə müşayiət olundu. Hər iki
tərəf qarşılıqlı əməkdaşlığın masa üstündə qalmayıb davam etdiriləcəyinə
ümidvar olduqlarını bildirdi.