Qafqaz Universitetinin müəllimi respublika birincisi olub

Atif Eyvazov/AZADİNFORM. ABŞ Dövlət Departamenti Təhsil və Mədəniyyət İşləri Bürosunun beynəlxalq təhsil-mübadilə proqramı çərçivəsində Azərbaycan ali məktəblərinin gənc fakültə əməkdaşları üçün elan etdiyi “Fakültə İnkişaf Proqramı” müsabiqəsi başa çatıb.
Üç mərhələdən ibarət olan müsabiqədə Azərbaycan ali təhsil müəssisələrinin humanitar və sosial elm sahələri üzrə elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc fakültə əməkdaşları iştirak ediblər. Müsabiqənin yekun nəticələrinə görə, Qafqaz Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli  qalib olub. Məlumatı “Azadinform”a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər.
H.Eminli qrant mubadilə proqramı üzrə ABŞ universitetlərində 2012-2013-cü tədris ili ərzində təlim keçəcək, habelə ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaq.
Qeyd  edək  ki, Cənub-şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil  ocaqlarından seçilən ölkə birinciləri qrant proqramı əsasında ixtisaslaşdıqları sahələr üzrə ABŞ universitetlərində təhsil almaqla yanaşı tədris prosesi və metodologiyasına dair biliklərini təkmilləşdirməkləri nəzərdə tutulur. Həmçinin proqramın qalibləri universitetlərarası əlaqələr yaratmaq və inkişaf etdirmək imkanları qazanacaqlar.
http://www.azadinform.az/news/a-32346.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır