Quba Özəl Türk liseyində ingilis dili üzrə beynəlxalq təhsil layihəsi həyata keçiriləcək



 Türkiyənin “Zambak” nəşriyyat və tədris sistemlərinin nəzdində fəaliyyət göstərən  “Selt Academy” ingilis dili üzrə təkmilləşdirmə kursunun təhsil koordinatoru xanım Kristina Margaret Smit Azərbaycana səfəri zamanı Quba Özəl Türk liseyində olub.

 Liseyin müdiri Mustafa Alagözoğlu təhsildə əldə etdikləri nailiyyətləri uğurları barədə qonağa ətraflı məlumat verib. Kristina Margaret Smitin ölkəmizə səfərinin məqsədi Azərbaycan- Türkiyə Özəl liseylərində ingilis dili fənni və ingilis dilində tədris olunan fənn dərslərini daha da təkmillləşdirməsi üçün təhlillər aparmaq və seminarlar verməkdən ibarətdir. 

O, bu səfər çərçivəsində liseydə bu sahə üzrə bir neçə dərsdə də iştirak edib. Qonaq burada bu layihənin rəhbəri kimi “Selt Academy”dən bu prosesə cəlb olunan nümayəndələrin hesabat və məruzələrini də dinləyəcək.

Görüşdə Azərbaycan-Türkiyə Özəl liseyləri Baş İdarəsi rəisinin müavini Murat Topçu da iştirak edib.

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/693-liseyd-ingilis-dili-uezr-beynlxalq-thsil-layihsi-hyata-kecirilck00.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde