Qafqaz Universiteti Türkiyənin Universiteti ilə memorandum imzalayıb
Qafqaz Universiteti ilə Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib
Ərdoğan universitetləri arasında anlaşma memorandumu imzalanıb.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, memorandumun imzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan və Türkiyə mehriban qardaşlıq münasibətlərindən danışıb.
Rektor müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söyləyib.
Muğla Sıtkı Kocman universitetinin rektoru, professor Mansur Harmandar Qafqaz Universitetinin nailiyyətləri haqda çox eşitdiyini və buna şahid olduğunu bildirib.
Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaza isə Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən danışıb.
Sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.
Memorandumda universitetlər arasında elm və təhsil sahələrində əlaqələri inkişaf etdirmək və tələbə- müəllim mübadiləsi məsələləri nəzərdə tutulur.
http://xeber.info/news/olke/2835-qafqaz-universiteti-trkiynin-universiteti-il-memorandum-imzalayb.html