Pi klubu sual verir, cavab ver- Mükafat qazan

Müstəqil Azərbaycan tarixində şanlı bir səhifə - 9 noyabr  Bayraq Günü. Bu gün Azərbaycan xalqı fəxrlə deyə bilər ki  “Var millətimin imzası millətlərin içində”. Bu bayram münasibətilə Mədəniyyət şöbəsi Pİ klubu üzvləri adından xalqımızı təbrik edir , müqəddəs və möhtəşəm bayrağımızın işğal olunmuş torpaqlarda dalğalanmasını diləyirik.
Pİ klubu heyəti bayram münasibətilə müsabiqə elan edir. Sizə şəkildə təqdim olunan Dövlət Bayrağı müstəvisində verilən məsələni həll edə bilən və 10.11.2012-ci il tarixə qədər  ilk düzgün cavabı nelesgerov@qu.edu.az ünvana yollayan şəxsi xüsusi mükafat  gözləyir. Xalqımızın intelektual və cəsarətli övladlarını fəal olmağa  və  Bayraq günü bayramını müsabiqə qalibi kimi qarşılamağa səsləyirik!!!

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAQ GÜNÜNƏ HƏSR OLUNMUŞ HƏNDƏSƏ MƏSƏLƏSİ
Müəllif: Dr.Yaqub Əliyev


BYAƏ dördbucaqlisinin diaqonallari N nöqtəsində kəsişir. Məlumdur ki, ZECR parçaları N nöqtəsindən keçir. Isbat edin ki, ANR, RNY, YNZ, ZNB, BNC, CNƏ, ƏNE, və ENA üçbucaqlarının sahələrinin tərslərinin ədədi ortası ANƏ, ƏNB, BNY, və YNA üçbucaqlarının sahələrinin tərslərinin ədədi ortası ilə həndəsi ortasının cəmindən daha böyükdür.

http://qu.edu.az/view_news.php?news=2667&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır