“Dədə Qorqud” Özəl Türk Liseyində məktəb rəhbərlərinin toplantısı keçirilib

Noyabrın 10-də “Dədə Qorqud” Özəl Türk Liseyində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz xanım İsrafilovanın iştirakı ilə rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəbləri rəhbərlərinin toplantısı  keçirilib. Toplantıda  “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Yusuf  Duran çıxış edərək liseyin fəaliyyəti təhsildə əldə etdiyi nailiyyətləri barədə məlumat verib. Y. Duran bildirib ki, “Çağ” Öyrətim İşlətmələrinin bütün tədris müəssisələrində olduğu kimi Azərbaycan-Türkiyə özəl liseylərinin  “Dədə Qorqud” Özəl Türk Liseyində də yeni tədris ilindən başlayaraq dərslər elektron təhsil sistemi ilə keçilir. Bunun üçün liseyə “Ağıllı lövhə”lər alınaraq şagird və müəllimlərin istifadəsinə verilib. Bu da şagirdlərin dərsi qavrama qabiliyyətini yüksəltməklə bərabər dərslərin ən müasir qaydalarla keçilməsində mühüm rol oynayır. Liseydə bu kimi təhsil yenilikləri mütəmadi olaraq davam edəcək. Ötən tədris ilində şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplayaraq Azərbaycanın, eləcə də dünyanın bir sıra universitetlərinə qəbul olunaraq hal-hazırda təhsillərini uğurla davam etdirirlər. Şagirdləri hər il keçirilən “İnepo-Avrasiya”, Beynəlxalq Türkcə və “Ana dilimizi sevək, sevdirək” kimi beynəlxalq fənn və layihə olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanırlar. Sonra Nizami Rayon İH B-nın müavini Gülnaz xanım İsrafilova çıxış edərək rayonda təhsilə yüksək diqqət və qayğı göstərilməsindən və bununda nəticəsində bu sahənin inkişaf etməsindən danışaraq “Dədə Qorqud” Özəl Türk Liseyinin təhsildə əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu bildirib. Liseyin pedaqoji kollektivinə yeni tədris ilində uğurlar arzulayıb. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF