Qafqaz Universitetində beynəlxalq müsabiqənin Azərbaycan birinciliyi keçirilib
“Qafqaz Universitetində Tələbələrinin 37-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin Azərbaycan birinciliyi keçirilib.
Qafqaz Universitetindən Gün.Az-a verilən məlumata
görə, ACM International Collegiate Programming Contest (ICPC) IBM
şirkəti tərəfindən maliyyələşdirilən, ACM tərəfindən təşkil olunan və
mənzil-qərargahı Baylor Universitetində yerləşən proqramlaşdırma üzrə
çoxpilləli müsabiqədir.
Bu müsabiqə regional müsabiqələrdə ev sahibliyi edən qlobal universitetlər şəbəkəsini əhatə edir.
Regional müsabiqələrin nəticələrinə görə müvəffəqiyyət qazanmış komandalar ACM-ICPC Dünya finalında iştirak etmək hüququ əldə edir.
Müsabiqədə iştirakçıların sayı 6 qitədən 80-dan artıq ölkənin 2000-ə yaxın universitetindən olan kompüter elmləri sahəsində minlərlə ən yaxşı tələbə və müəllimlərin hesabına sürətlə artıb.
Müsabiqə əsasən 3 mərhələdə aparılır.
Birinci mərhələ - 1/4 final mərhələsi hər ölkə daxilində keçirilir. 2-ci yarımfinal mərhələsi müxtəlif regionlarda keçirilir. Final mərhələsi isə konkret bir ölkədə keçirilir.
Müsabiqə yaradıcılığa, qrup fəaliyyətinə və yeni proqramların hazırlanmasında innovasiyalara səbəb olur, həmçinin tələbələrə “təzyiq” altında öz qabiliyyətlərini nümayiş etdirmələrinə kömək edir.
Azərbaycan komandaları bu müsabiqələrdə 2005-ci ildən başlayaraq mütəmadi olaraq iştirak edir. İndiyə qədər Azərbaycanı Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil edib.
Müsabiqədə 35 komanda iştirak edib.
Müsabiqənin nəticələrinə görə 12 komanda 2 dekabr 2012-ci il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “Universitet Tələbələrinin 37-ci ACM Proqramlaşdırma” beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmək üçün vəsiqə qazanıb.
Mirvari Kamilqızı
Gün.Az
http://gun.az/social/56473