Qafqaz Universitetinin müəllimi respublika birincisi olmuşdur


ABŞ Dövlət Departamenti, Təhsil və Mədəniyyət İşləri Bürosunun beynəlxalq təhsil-mübadilə proqramları çərçivəsində gənc tədqiqatçılar üçün fakültə inkişaf proqramı üzrə müsabiqə keçirilmişdir. "Fakültə İnkişaf Proqramı" çərçivəsində keçirilən  müsabiqə artıq başa çatmışdır. Üç mərhələdən ibarət olan müsabiqədə Azərbaycan ali təhsil müəssisələrinin humanitar və sosial elm sahələri üzrə elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc fakültə əməkdaşları iştirak etmişlər. Qeyd edək ki, müsabiqənin yekun nəticələrinə görə Qafqaz Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli  ABŞ Dövlət Departamentinin Azərbaycan ali məktəblərinin gənc fakültə əməkdaşları üçün həyata keçirdiyi Fakültə İnkişaf Proqramı müsabiqəsinin qalibi olmuşdur. Qafqaz Universitetinin müəllimi Heydər Eminli  qrant mubadilə proqramı üzrə ABŞ universitetlərində 2012-2013-cü tədris ili ərzində təlim keçəcək, habelə ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaq. Qeyd  edək  ki, cənub-şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil  ocaqlarından seçilən ölkə birinciləri qrant proqramı əsasında ixtisaslaşdıqları sahələr üzrə ABŞ universitetlərində təhsil almaqla yanaşı tədris prosesi və metodologiyasına dair biliklərini təkmilləşdirməkləri nəzərdə tutulur. Proqramın qalibləri eyni zamanda universitetlərarası əlaəqlər yaratmaq və inkişaf etdirmək imkanları qazanacaqlar.
İRADƏ
http://www.reportyor.com/?cat=cemiyyet&id=9704

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde