TBMM başqan vəkili Qafqaz Universitetində.

  27 noyabrda Bakı şəhərində  “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il: etimada sədaqətlə” mövzusunda tədbir keçiriləcəkdir. 
Bu məqsədlə  Azərbaycana dünyanın müxtəlif  yerlərindən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyini qeyd etmək üçün Azərbaycanın dilbər guşəsi olan Bakı şəhərinə qonaqlar gəlir. Gələn qonaqlar içərisində elə qonaqlar var ki, Azərbaycana hər  gəlişində Qafqaz  Universitetini ziyarət edir, universitetin  bütün auditoriyalarını sevə-sevə gəzirlər və universitetin müəllim-tələbə heyəti  ilə bir arada görüşlər keçirlər.
 Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi başqan vəkili professor Mehmet Sağlam və mərkəzi Türkiyədə yerləşən Beynəlxalq  Universitetlər Birliyinin sədri, Fatih Universitetinin rektoru Şerif Ali Tekalan Qafqaz Universitetini ziyarət etmişlər.Universitetin Tempus  otağında müəllim-tələbə heyətilə  keçirilən görüşdə Türkiyə Böyük Millət Məclisi başqan vəkili professor Mehmet Sağlam çıxış edərək Qafqaz Universitetində olmaqdan böyük məmnunluğunu bildirdi və bu universitetə hər gəlişində yeni-yeni irəliləyişlər və dəyişikliklərin olduğunu tədbir iştirakçılarına çatdırdı. 
Mehmet Sağlam və Şerif Ali Tekalan Qafqaz Universitetinin rəhbərliyini, müəllim-tələbə heyətini Çağ Öyrətim İşlətmələri şirkətinin yaranmasının 20-ci ili münasibətilə təbrik etdi və gələcək nailiyyətlərində uğurlar arzuladılar.
Qafqaz Universiteti mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF