Qafqaz Universitetində Nizami Gəncəviyə həsr olunmuş Beynəlxalq konfrans keçirilib
Bu gün Qafqaz Universitetində dahi Azərbaycan şair və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi və
Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfrans keçirilib.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a
verilən məlumata görə, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutu və Qafqaz Universitetinin birgə təşkil etdikləri konfransda
Azərbaycan, Türkiyə və İran alimləri iştirak etdilər.
Konfransda Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç və millət vəkili, AMEA akad. Z.Bünyadov adma Şərqşünaslıq İnstitutunun direktoru, fılologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva giriş sözü ilə çıxış edib.
Nizami Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında böyük hadisə olduğunu qeyd edən natiqlər xalqımızın mədəniyyətini, ədəbiyyatını, elmini həmişə diqqət və qayğı ilə əhatə edən İlham Əliyev cənablarının ötən ilin dekabrında imzaladığı Sərəncamla bu yubileyin bu il respublikamızda böyük təntənə ilə qeyd edildiyini bildiriblər.
“Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfransın Nizamişünaslığa böyük bir töhfə olduğunu söyləyən Gövhər Baxşəliyeva şairin yaradıcıhğından söz açıb: “XII-ci əsr intibah dövrü Gəncəsində yaşayıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcıhğı bütün parametrlərinə görə bəşər tarixində qlobal hadisədir.
A.Saniç ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında Türkiyədə də bir çox dəyərli elmi tədqiqatlar aparıldığını qeyd edib.
A.Saniç Qafqaz Universitetində də Nizami yaradıcılığına, dahi şairin şeir və fəlsəfə dünyasına önəm verildiyini diqqətə çatdırıb, AMEA Şərqşünaslıq İnstitutu ilə birgə “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq elmi konfransın təşkilinin də buna əyani sübut olduğunu bildirib.
Tədbirin sonunda Qafqaz Universiteti ilə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında birgə memorandum imzalanıb.
Mirvari Kamilqızı
Gün.Az