Sumqayıt Özəl Türk Liseyində məktəb rəhbərlərinin toplantısı keçirilib

Bu günlərdə Sumqayıt Özəl Türk Liseyində Sumqayıt Şəhər Təhsil Şöbəsinin və şəhərdə fəaliyyət göstərən orta ümumtəhsil məktəb direktorlarının iştirakı ilə seminar – müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Özəl Türk Liseyinin müdiri Ahmet Çamalan seminar- müşavirənin keçirilməsinin məqsədindən, əhəmiyyətindən, liseyin təhsildə əldə etdiyi nailiyyətlərdən danışıb. “İnepo-Avrasiya” ənənəvi məktəblilərin Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında, Beynəlxalq Türk Dili olimpiadasında, “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində  Sumqayıt məktəblilərinin fəal iştirak etdiyini bu bilik yarışlarında medallar qazandıqlarını bildirib. 
Sonra Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini Vaqif Ələkbərov çıxış edərək yuxarıda adları qeyd olunan beynəlxalq olimpiadalarda, müsabiqələrdə şagirdlərin daha çox cəlb olunmasının vacibliyindən, bunun üçün lazımi izahat işlərinin aparılmasını və hazırlıq üçün bir sıra işlərin görülməsni tövsiyyə edib. 
Daha sonra məktəb rəhbərləri beynəlxalq olimpiadalara, müsabiqələrə şagirdlərin daha çox cəlb olunması yollarını müzakirə ediblər. Çıxışlardan sonra tədbir işçiləri liseydə tətbiq olunan yeni təhsil texnologiyaları “Ağıllı lövhə” ilə yaxından tanış olublar. Qonaqlar liseydə şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiriblər. Liseyin pedaqoji kollektivinə təhsildə uğurlar diləyiblər. 

 
 
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF