Qafqaz Universiteti ilə Türkiyənin Muğla Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan universitetləri arasında anlaşma memorandumu imzalanmışdır
Bakı, 16 noyabr (AzərTAc). Qafqaz Universiteti ilə Türkiyənin Muğla
Sıtkı Kocman və Rizə Rəcəb Tayyib Ərdoğan universitetləri arasında anlaşma
memorandumu imzalanmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəbdə keçirilən imzalanma mərasimində təhsil müəssisəsinin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışdır.
Rektor ulu öndər Heydər Əliyevin və böyük şəxsiyyət Mustafa Kamal Atatürkün təhsilə daim xüsusi önəm verdiklərini xatırlatmışdır.
Professor Ə.Saniç müasir dünyada təhsilin önəmli rolunu da diqqətə çatdırmışdır.
Türkiyənin Muğla Sıtkı Kocman Universitetinin rektoru, professor Mansur Harmandar, Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaz təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs etmişlər.
Sonra Anlaşma Memorandumu imzalanmışdır.
Sənədi professorlar Ə.Saniç, M.Harmandar və Arif Yılmaz imzalamışlar.
Memorandumda universitetlər arasında elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi, tələbə-müəllim heyəti mübadiləsi və s. məsələlər nəzərdə tutulmuşdur.
http://www.azertag.gov.az/node/1024818