Qaliblər mükafatlandırıldılar



 Mingəçevir şəhərindəki Yaşar Məmmədzadə adına stadionda “Vətənin müdafiəsinə hazıram” devizi altında dördnövçülük üzrə respublika final mərhələsi keçirilib. 

 Final mərhələsində zona yarışlarında qalib olmuş 15 rayon və şəhər komandası iştirak edib. Finalın nəticələrinə görə, şəhərlər arasında Mingəçevir I, Sumqayıt II, Şuşa III, Şəki IV yerləri tutublar. Rayonlar arasında isə Cəlilabad, Qəbələ, Tovuz və Şabran gəncləri fərqləniblər.
Şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Kamal Nəcəfov bizimlə söhbətində bildirdi ki, belə yarışlar həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Qeyd edək ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Sərvan Hağıyev də iştirak ediblər.
Mingəçevir şəhər ümumtəhsil məktəblərinin spartakiadasının proqramına daxil edilmiş dama yarışına da yekun vurulub. Oktyabrın 17-dən 28-dək  davam edən yarışda 22 komanda yarışıb. Bu yarışda Mingəçevir Özəl Türk Liseyi I, şəhər 1 saylı məktəbi II, 16 və 4 saylı məktəbləri isə eyni xalla üçüncü yerə layiq görülüblər. Dünən Mingəçevir Şəhər Təhsil Şöbəsində qaliblərə  kubok, diplom və müxtəlif hədiyyələr təqdim olunub. Mərasimdə çıxış edən Mingəçevir Təhsil Şöbəsinin müdiri Nazir Sultanov  bildirib ki, belə yarışlar şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə də öz töhfəsini verir.
Təhsil Şöbəsinin idman sahəsi üzrə metodisti Eyyub Həsənov noyabr ayının 15-nə qədər stolüstü tennis yarışlarına start veriləcəyini də bildirib. 
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır