"Çağ Öyrətiim"in 20 yaşı qeyd edildi


"Çağ Öyrətiim"in 20 yaşı qeyd edildi

Noyabrın 27-də "Gülüstan" sarayında "Çağ Öyrətim" işlətmələrinin ölkəmizdəki fəaliyyətinin 20 illiyi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, "Çag Öyrətim" İşlətmələrinə daxil olan liseylərin, Qafqaz Universitetinin məzunları və media nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən rəhbərlik etdiyi şirkətin 20 illik fəaliyyəti haqda kiçşik hesabat verib. Çətin bir zamandan Azərbaycana gəldiklərini deyən Ənvər Özərən Azərbaycanda təhsilin inkişafına sərmayələr yatırdıqlarını və prosesin indi də davam etdiyini söylədi.

Çıxış edən təhsil naziri Misir Mərdanov "Çag Öyrətim" işlətmələrinin Azərbaycan təhsilinə bəxş etdiyi nailiyyətlərdən danışıb. Nazir çıxısı zamanı "Çağ Öyrətim"ə öz təşəkkürünü bildirir: "Bu şirkətin fəaliyyəti Azərbaycan təhsilinin inkişafına xidmət edib. Biz onların fəaliyyətini çox yüksək qiymətləndiririk"

Təhsil naziri daha sonra "Çag Öyrətim" işlətmələrində çalışan bir qrup müəllimləri mükafatlandırıb.

"Çag Öyrətim" işlətmələrinin 20 illik fəaliyyətində göstərdikləri fədakarlığa görə müəllimlər xüsusi dost nişanları ilə təltif olunublar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır