Türk dilli xalqların nümayəndələri liseydə

Noyabrın 6-da Türkiyədən, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan, Başqırdıstandan, Özbəkistandan, Rumınyadan, Bolqarıstandan, Ukraynadan, Moldovadan, Makedoniyadan və digər bir çox ölkələrdən gəlmiş elm adamları, KİV, ictimai birliklərin, rəhbərləri, ali təhsil müəssisələrinin müəllimləri Bakı Özəl Türk Liseyində olublar. Qonaqlar liseyin müdiri Hayrettin Ünverlə görüşüblər. H. Ünver Türk dilli xalqların nümayəndələrinə liseyin təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib. Liseydə tətbiq olunmuş yeni təhsil texnologiyaları və onun əhəmiyyətindən danışıb. Sonra qonaqlar liseyin sinif otaqlarını, laboratoriyalarını və kitabxanasını gəzərək məktəbin tədris şəraiti, yeni təhsil texnologiyalarıdan “Ağıllı lövhə” ilə yaxından tanış olublar. Burada gördüklərindən məmnun olduqlarını bildirən qonaqlar Azərbaycanda təhsilin müasir təhsil sisteminə uyğun olaraq inkişaf etdiyini deyiblər. Bakı Özəl Türk Liseyinin müəllim və şagird kollektivinə təhsildə uğurlar diləyiblər.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde