ZAMAN: Auditor Palatasının rəhbərliyi “Qafqaz”da olub

Görüşdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, qeyd edib ki, Auditorlar Palatası ölkədə auditor fəaliyyətinə nəzarət edir və bu sahədə kadr hazırlığının inkişafı istiqamətində xidmət göstərir. Auditor fəaliyyətinin bütün istiqamətlərində, o cümlədən dövlət, müstəqil və daxili auditlə əlaqədar ölkədə qanunvericiliyin mövcud olduğunu qeyd edən Vahid Novruzov onu da bildirib ki, Azərbaycan Respublikasının Auditorlar Palatası müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Görüş Auditorlar Palatasının digər nümayəndələrinin çıxışları ilə davam edib. Daha sonra qonaqlar “Qafqaz”ın elmi-texniki potensialı ilə yaxından tanış olublar.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42566