ABŞ-ın Kaliforniya ştatında Azərbaycan Günü

       ABŞ Dövlət Departamentinin təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması” proqramının iştirakçıları Los Ancelesdə proqram əsasında Los Anceles Birləşmiş Məktəb Dairəsi – Banning (Phineas Banning High School) orta məktəbində 12-ci sinif shagirdləri ilə müəllimin birgə təşkil etdiyi “Beynəlxalq Biznes Təcrübəsi Firması” adlı dərsini muşahidə etdilər.
Əvvəlcə, şagirdlər qruplar halında ayrı-ayrı şəhərlərdə həyata keçirdikləri layihələr haqqında təqdimat etdilər. Bu layihələr muxtəlif təşkilatlar tərəfindən maliyəlışdirilir.
Dərsin ikinci hissəsində isə şagirdlər “Beynəlxalq Biznes Təcrubəsi Firmasi” dərsini təqdim etdilər. Şagirdlər əsl böyük sirkət kimi fəaliyyət göstərəcək bir təşkilat təsis etdilər. Virtual təşkil olunmuş şirkətdə “Maliyyə”, “Marketinq”, “Satış” və “İnsan resursları” şöbələri fəliyyət göstərdi. Hər şöbənin nümayəndələri üzərinə düşən vəzifələri icra etdilər.
Sonda şagirdlər gələcək karyeraları üçün “Ali təhsil və gələcək karyera planlaması” proqramının iştirakçılarından məsləhət istədilər. Proqram iştirakçılarının şagirdlərə karyera məsləhəti alqışlarla nəticələndi. Şagirdlərlərin Azərbaycanla bağlı sualları isə xüsusi marağa səbəb oldu. Proqram iştirakçıları Azərbaycan haqqında ətraflı məlumat verdilər. Görüş iştirakçılarına Azərbaycanın bayrağı və digər hədiyyələr paylandı. 43 nəfər məktəblinin iştirak etdiyi görüş Azərbaycan Gününə çevrildi. Görüşdə Los Anceles Beynəlxalq Qonaqlar  Proqramı Şurasının nümayəndəsi də iştirak edirdi.
     “Ali təhsil və gələcək karyera planlaması” proqramının iştirakçıları günün sonunda Azərbaycanın Los Ancelesdəki konsulluğunda oldular. Ölkəmizin Los Anceles şəhərindəki baş konsulu əvəzi Ramil Qurbanov proqram iştirakçılarının istər Los Anceles Birləşmiş Məktəb Dairəsi – Banning (Phineas Banning High School) orta məktəbində, istərsə də ABŞ-da keçirilən digər görüşlərdə Azərbaycan haqqında məlumatlandırma fəaliyyətlərini yüksək qiymətləndirildi.
       Xatırladaq ki, 21 gün davam edəcək ABŞ Dövlət Departamentinin  həyata keçirdiyi “Ali təhsil və gələcək karyera planlaması proqramı”nda Azərbacandan Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin müdiri Dr. İsa Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetindən Fuad Əliyev, Odlar Yurdu Universitetindən Səbinə Əliyeva, Xəzər Universitetindən isə İskəndər Ağayev iştirak edir.
Dr. İsa Qasımov



Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde