BAKU HABER: Qafqaz Universitetinde Xocalı faciesinin qurbanları anıldı
22 Şubat 2012, 16:40 Gulshen HÜSEYN
Bu gün Qafqaz Universitetinde Xocalı Soyqırımının 20-ci ildönümü ile elaqedar tedbir keçirildi
Tədbirdə
çıxış edən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, 1992-ci il
26 fevral tarixində Azərbaycan Respublikasında dünyada misli
görünməyən dəhşətli cinayət hadisəsi baş verdi verdi. Həmin gün
erməni təcavüzkarları vasitəsilə Azərbaycanın Xocalı kəndi yerlə
yeksan olundu , əhalisi isə amansızcasına qətlə yetirildi. Bu
dəhşətli cinayət hətta alman faşistlərinin cinayətlərindən də qat-qat
vəhşi və rəhimsiz idi. Çünki bu soyqırımına başlayan erməni
təcavüzçüləri heç südəmər uşaqlara da rəhm etmədilər. Öldürülən
uşaqların gözlərinin oyulması, qulaqlarının kəsilməsi, qadınların
döşlərinin kəsilməsi, hamilə qadınların qarnının sökülməsi və ana
bətnində olan uşaqların doğranması, cənazələri şişlə dəlik-deşik edib və
dağlaması erməni təcavüzçülərinin Azərbaycan gunahsiz millətinə
qarşı olan nifrətlərini və ermənilərin mahiyyətcə cani və ziddi bəşər
olduqlarını bir daha sübut etdi. Belə ki, 1992-ci il fevralın 26-da
Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində
genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü,
1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil
oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər
valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc
sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Sonra
tədbirdə Qafqaz Universitetinin rektoru Ahmet Saniç çıxış edərək,
tarixən ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklərdən,
soyqırımlardan söz açdı və bu soyqırıma dünyanın münasibət
bildirməsinin vacibliyini vurğuladı.
Qafqaz Universitetinin tələbələri “Xocalı faciəsi -20 il” adlı bədii kompozisiya nümayiş etdirdilər.