BAKIDA 9-CU ANA DİLİ MÜSABİQƏSİ KEÇİRİLDİ (FOTOLAR)


Fevralın 17-də Akademik Milli Dram Teatrında “Çağ” Öyrətim İşlətmələri və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin finalına həsr olunmuş xüsusi tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz artıq 9 ildir keçirilən yarışmanın önəmi haqqında zala toplaşanlara məlumat verdi. 
O, bildirdi ki, Azərbaycan dilinin qramatikası, mahnı, şer və internet saytı hazırlanmasından ibarət olan nominasiyalarda finala qalan yarışmaçılar münsiflər heyəti önündə son çıxışlarını edəcəklər”.
Tədbidə münsiflər heyəti qismində isə professor Akif Hüseynli, filologiya elmləri doktoru İslam Hüseynov, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Lalə Məmmədova, gənc müğənni Ayaz Qasımov, şairə Sevinc Şirin və şair Ramiz Qusarçaylı əyləşmişdilər. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar da iştirak edirdilər.
Qeyd edək ki, doqquzuncusu keçirilən yarışma bu dəfə yaxşı təşkil olunmamışdı. Təşkilatçıların yeri nəzərə almaması onlarla tamaşaçının yarışmanı ayaq üstə izləməsinə səbəb oldu. Üstəlik ən böyük sayğısızlıq çəkiliş aparmaq üçün xüsusi dəvət olunan jurnalistlərə edildi. Xüsusi dəvətlə törənə çağrılan qəzet və xəbər agentliklərinin rəhbərləri onlara qarşı kobud münasibətə etiraz edərək zalı tərk etməli oldular. Bundan sonra tədbir təşkilatçıları, fotoreportyorların işinə mane olmağa başladı. “Yeni Müsavat” qəzetinin çəkiliş qrupu da daxil olmaqla bir neçə reportyor inzibatçıların bu hörmətsizliyinə etiraz edərək reportajlarını dayandıraraq zalı tərk etməli oldular.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir
http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/118110-BAKIDA_9-CU_ANA_D%C4%B0L%C4%B0_M%C3%9CSAB%C4%B0Q%C6%8FS%C4%B0_KE%C3%87%C4%B0R%C4%B0LD%C4%B0_%28FOTOLAR%29

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF