IX “”ANA DİLİMİZİ SEVƏK, SEVDİRƏK!” MÜSABİQƏSİNİN QALİBLƏRİ BƏLLİ OLDU-FOTOSESSİYA
Qaliblər layiqli mükafatlarla təltif olundular
Ötən gün Dövlət Akademik Dram Teatrında Respublika Təhsil
Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən birgə
keçirilən 21 fevral-Beynəlxalq Ana Dili Gününə həsr edilmiş IX “Ana
dilimizi sevək, sevdirək!” müsabiqəsinin yekun mərhələsi və qaliblərin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə millət vəkilləri Qənirə
Paşayeva, Fazil Mustafa, ziyalılar, ictimai xadimlər iştirak edirdilər.
Tədbirin aparıcısı əməkdar artist Əkbər Əlizadə tamaşaçıları
salamlayaraq, giriş sözü ilə çıxış etdi: “Artıq ənənəyə çevrilmiş “Ana
dilimizi sevək, sevdirək!” müsabiqəsi bi il doqquzuncu dəfə Respublika
Təhsil Nazirliyinin və “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən
birgə olaraq keçirilir. Bugünkü tədbir bizim üçün olduqca əlamətdar bir
dövrə-“Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümü
ilə üst-üstə düşür və bir daha bizə Unudulmaz Ümummilli Liderimiz Heydər
Əliyevi xatırladır. O, həm dilimizin qorunmasının, inkişafının,
zənginliyinin yorulmaz mübarizi, həm də “Çağ” Öyrətim İşlətmələri
Şirkətinin Fəxri Baş Müəllimi, müdafiəçisi, inkişafetdiricisi idi. Biz
onun bu xidmətlərini şükranla yad edirik”.
Bu sözlərdən sonra Ə. Əlizadə
Ümummilli Lider Heydər Əliyevin və dilimizin inkişafında xidmətləri
olan dünyasını dəyişmiş görkəmli şəxslərin ruhunu yad etmək üçün 1
dəqiqəlik sükut elan etdi. Sonra Dövlət Himni səsləndi. Dövlət Himninin
ardından aparıcı müsabiqənin yekun mərhələsinədək keçən yolu qısa
xatırlatma verməyə Müsabiqə Təşkilat Komitəsi adından çıxış etmək üçün
səhnəyə “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş
İdarəsinin rəisi Arif Gömləksizi dəvət etdi. A.Gömləksiz müsabiqə haqda
danışdıqdan sonra, müsabiqə iştirakçılarına ruh yüksəkliyi vermək üçün
bunları dedi: “Əziz dostlar, əziz şagirdlər! Müsabiqə, adından da
göründüyü kimi, bir yarışdır. Xeyirli işlərdə yarışmaqda isə məğlublar,
uduzanlar olmur”.
A.Gömləksiz onu da bildirdi ki, münsiflər heyəti
tərəfindən seçiləcək qaliblər iyun ayında Türkiyədə keçiriləcək Türk
dili Olimpiadası çərçivəsində təşkil olunacaq Azərbaycan dili
festivalında iştirak etmək hüququ qazanacaqlar.
Daha sonra aparıcı dilimizin bizlərə nə qazandırdığını vizual olaraq xatırlatmaq üçün tamaşaçıların fikrini böyük ekranda yayımlanacaq qısa sənədli filmə yönəltdi. Filmin nümayişindən sonra aparıcı müsabiqənin hansı kateqoriyalar üzrə keçirildiyini xatırladıb, münsiflər heyətinin təqdimatını etdi.
Daha sonra aparıcı dilimizin bizlərə nə qazandırdığını vizual olaraq xatırlatmaq üçün tamaşaçıların fikrini böyük ekranda yayımlanacaq qısa sənədli filmə yönəltdi. Filmin nümayişindən sonra aparıcı müsabiqənin hansı kateqoriyalar üzrə keçirildiyini xatırladıb, münsiflər heyətinin təqdimatını etdi.
Münsiflər heyətinin tərkibində “Qafqaz”
Universitetinin Azərbaycan dili kafedrasının müdiri, görkəmli tənqidçi,
filologiya elmləri doktoru, professor Akif Hüseynli, “Qafqaz”
Universitetinin pedaqoji fakültəsinin dekan müavini , filologiya elmləri
üzrə fəlsəfə doktoru İslam Hüseynov, Respublikanın xalq artisti
Nürəddin Mehdixanlı, Respublikanın əməkdar artisti Lalə Məmmədova,
Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı,
müğənnilər Rüstəm Zeynallı, Ayaz Qasımov və nəğməkar şairə Sevinc Şirin
var idi. Sonra müsabiqənin iştirakçıları bir-bir səhnəyə çıxıb,
hazırladıqları şer və mahnı nömrələrini tamaşaçılara təqdim etdilər.
Münsiflərin verdiyi ballar nəticəsində sonda qaliblər bəlli oldu.
Müabiqənin birinciləri qrammatika kateqoriyası üzrə Gəncə şəhəri 22
saylı orta məktəbin şagirdi Mirhəsən Məcidli, inşa kateqoriyası üzrə
Şəki şəhəri 18 saylı orta məktəbin şagirdi Şəlalə Salamova, internet
səhifəsi hazırlamaq kateqoriyası üzrə Bakı şəhəri Dədə Qorqud
Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Yaqub Şükürov, şeir
kateqoriyası üzrə Gəncə şəhəri 39 saylı orta məktəbin şagirdi Tünzalə
Allahverdiyeva, mahnı kateqoriyası üzrə Ağdaş rayonunun Tofiqi kənd orta
məktəbinin şagirdi İsmayıl İsgəndərov olub, qızıl medal, diplom və pul
mükafatı ilə təltif edildilər.
Müsabiqənin ikinciləri qrammatika
kateqoriyası üzrə Mingəçevir şəhər liseyinin şagirdi Sumayə Məmmədova,
inşa kateqoriyası üzrə Qusar şəhəri 1 saylı orta məktəbin şagirdi Əminə
Cəfərova, internet səhifəsi hazırlamaq kateqoriyası üzrə Mingəçevir
Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Elmi Əhmədov, şeir
kateqoriyası üzrə Sumqayıt şəhəri 23 saylı orta məktəbin şagirdi İlham
Quliyev, mahnı kateqoriyası üzrə Bakı şəhəri İncəsənət Gimnaziyasının
şagirdi Əli Əliyev olub, gümüş medal, diplom və pul mükafatı ilə təltif
edildilər.
Üçüncü yerə isə qrammatika kateqoriyası üzrə Bakı
Azərbaycan-Türkiyə Özəl liseyinin şagirdi İlham Zülfüqarlı, inşa
kateqoriyası üzrə Mingəçevir şəhəri 3 saylı orta məktəbin şagirdi Kəmalə
Mustafayeva, internet səhifəsi hazırlanması kateqoriyası üzrə “Qafqaz”
özəl gimnaziyasının şagirdi Turac Abbaszadə, şeir kateqoriyası üzrə
Mingəçevir şəhəri 1 saylı orta məktəbinin şagirdi Nigar Bayramova, mahnı
kateqoriyası üzrə isə Gəncə şəhəri musiqi məktəbinin şagirdi Zeynəb
Abdullayeva layiq görülüb, bürünc medal, diplom və pul mükafatlarına
layiq görüldülər.
Tədbirin sonunda müsabiqənin təşkilatçıları, münsiflər
heyətinin üzvləri və qalib iştitrakçılar səhnədə xatirə fotoları
çəkdirdilər.
Azər Nəsibov