Qafqaz Universitetində “Xocalı soyqırımını unutma” mövzusunda tədbir keçirilmişdir
Bakı, 22 fevral (AzərTAc). Fevralın 22-də Qafqaz Universitetində “Xocalı
soyqırımını unutma” mövzusunda tədbir keçirilmiş, faciə qurbanlarının
xatirəsi anılmışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə mənfur ermənilərin qəsbkarlıq siyasəti apardıqlarını, günahsız qanlar axıtdıqlarını, neçə-neçə şəhər və rayonlarımızı işğal etdiklərini diqqətə çatdırmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri soyqırımını xatırladan A.Mirzəzadə bildirmişdir ki, təkcə bu qanlı hadisə zamanı 613 nəfər amansızcasına qətlə yetirilmişdir. Xocalı qırğını XX əsrin ən dəhşətli faciəsidir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi–hüquqi qiymət verildiyini bildirən deputat dünyanın ayrı-ayrı ölkələrində də bu faciəyə həsr edilmiş tədbirlərin keçirilməsinin, qanlı cinayət barədə daha ətraflı məlumatlar verilməsinin vacibliyini və əhəmiyyətini vurğulamışdır.
A.Mirzəzadə mənfur düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.