“Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası” mövzusunda seminar keçirilmişdir

2012-ci il 6-7 fevral tarixdə Qafqaz
Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya BMT-nin İnkişaf Proqramı (UNDP),
BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi
üzrə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Təlim Mərkəzinin
(APCICT) və Qafqaz Universitetinin dəstəyi ilə “Rəhbər dövlət
qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası” mövzusunda seminar
keçirmişdir.
Seminarın məqsədi e-hökumət və İKT-nin
dövlət qulluğu sistemində tətbiqinin təkmilləşdirilməsi sahəsində rəhbər
vəzifə tutan dövlət qulluqçularının bilik və bacarıqlarının
artırılmasından və onların təlimçi kimi təmsil etdikləri dövlət
orqanlarında bu sahədə təlim keçirmələrinə hazırlanmalarından
ibarətdir. Seminarda giriş sözü ilə Qafqaz Universitenin rektoru Dr.
Ahmet Sanıç, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram
Xəlilov, BMT-nin Azərbaycan üzrə təmsilçisi Fikrət Akçura, Rabitə və
İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Təhsil
Nazirinin müavini Qulu Novruzov, BMT-nin Koreya Respublikasında yerləşən
Asiya və Sakit Okean Hövzəsi üzrə İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə Təlim Mərkəzinin (APCICT) direktoru Hyeun-Suk Ri
çıxış etmişlər. APCİCT-nin fəaliyyəti barədə videoçarx nümayiş
etdiriləndən sonra seminar iştirakçılarına Akademiyanın 10 təlim modulu
barədə qısa məlumat verilmişdir. Bu modullar aşağıdkı mövzuları əhatə
etmişdir: Modul 1: İKT və hərtərfli inkişaf arasında əlaqə və Modul 2:
İnkişaf siyasəti və idarəetmə üçün İKT (məruzəçi Hindistanın İnzibati
Heyət Kollecinin İnsan inkişafı üzrə Mərkəzinin sabiq direktoru Dr. Uşa
Reddi) Modul 3: E-hökumətin tətbiqi (məruzəçi Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin böyük məsləhətçisi Etibar Umudov) Modul 4:
Rəhbər vəzifə tutan dövlət qulluqçuları üçün İKT inkişaf tendensiyaları
(məruzəçi Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın baş məsləhətçisi
Fuad Mayılov) Modul 5: İnternet idarəetməsi (məruzəçi Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin böyük məsləhətçisi Etibar
Umudov) Modul 6: İnformasiya təhlükəsizliyi, məxfilik (məruzəçi Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın aparıcı məsləhətçisi Mirnatiq
Ələsgərzadə) Modul 7: İKT layihələrinin nəzəri və praktiki idarəedilməsi
(məruzəçi Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sektor müdiri
Vüsal Həmidov) Modul 8: İnkişaf üçün İKT-nin maliyyələşməsi imkanları
(məruzəçi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparıcı
məsləhətçisi Cahandar Qədirov) Modul 9: Epidemiya risklərinin
idarəedilməsi üçün İKT-nin tətbiqi və Modul 10: İKT və iqlim
dəyişiklikləri (məruzəçi Kibernetika İnstitutunun Fəlakət və risklərin
proqnozlaşdırlması və idarəedilməsi laboratoriyasının rəhbəri Tofiq
Babayev) Modullarla qısa tanışlıqdan sonra Hindistanın İnzibati Heyət
Kollecinin İnsan inkişafı üzrə Mərkəzinin sabiq direktoru Dr. Uşa Reddi 2
gün ərzində 1-ci və 2-ci modullar üzrə təlim sessiyası keçirmişdir.
