“Qafqaz” Universitetinin bir qrup tələbəsi “Azərikimya” İB-nin təşkilatçılığı ilə “Petkim”də təcrübə keçmişdir

 
                                                                                                                                     

21 Fevral 2012  ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi ilə ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından olan “Qafqaz” Universiteti arasında iki il əvvəl yaradılmış əlaqələr çərçivəsində tələbələrin kimya müəssisələrində təcrübə keçmələri, nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün mühüm addımlar atılmışdır. Gənc mütəxəssislərin “Azərikimya” müəssisələri ilə yanaşı regionun daha yüksək inkişaf etmiş neft-kimya kompleksi olan “Petkim” holdinqində təcrübə keçmələri üçün “Azərikimya” - “Qafqaz” Universiteti –“Petkim” arasında üçtərəfli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilə çərçivəsində fevralın birinci yarısında “Qafqaz” Universitetinin təhsildə fərqlənmiş bir qrup tələbəsi ilk dəfə olaraq “Azərikimya”nın təşkilatçılığı və maliyyə dəstəyi ilə ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan “Petkim”də istehsalat təcrübəsi keçərək, Bakıya qayıtmışdır. Universitetin mühəndislik fakültəsinin kimya mühəndisliyi, həmçinin sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alan 1-4-cü kurs tələbələri 10 gün ərzində “Petkim”in aşağı və yuxarı təzyiqli polietilen sexlərində, insan resursları departamentində, idarəetmə mərkəzlərində təcrübə keçmişlər. Elektron-kompüter sistemi üzrə idarə olunan modern qurğularla, müasir texnoloji proseslərlə bilavasitə tanış olan tələbələr nəzəri biliklərini istehsalatla əlaqədə daha da dərinləşdirmiş, müstəqil işləmək imkanı verən təcrübi bilik və vərdişlər qazanmışlar. Tələbələr və Universitet rəhbərliyi belə bir faydalı istehsalat təcrübəsinin təşəbbüskarı olan ARDNŞ-ə təşəkkürünü bildirmişlər. http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF